PDF Oxu

Siyasət

  • 7

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar İlham Əliyevə dəstək müraciəti yaydılar

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar İlham Əliyevə dəstək müraciəti yaydılar

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan Cəmiyyəti" prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə dair bəyanat verib. "Azərbaycan Cəmiyyəti"nin sədri Samir İmanovun Birləşmiş Ərəb Əmirliklərində, ümumilikdə fars körfəzi ölkələrində yaşayan azərbaycanlılar adından yaydığı bəyanatda bir neçə gündən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərində ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevi dəstəkləyəcəyini bilidirir və dünya azərbaycanlılarını da bu addımı atmağa çağırır.

Təşkilatdan İlham Əliyevin seçki qərargahına daxil olan müraciətdə Azərbaycanın son 10 ildə müxtəlif sahələrdə əldə etdiyi uğurlar qeyd olunur, ölkə başçısının xaricdə yaşayan azərbaycanlılara göstərdiyi yüksək diqqət və qayğı süsusi vurğulanır: "Dövlətin təşkilatçılığı ilə dünya azərbaycanlıları mütəmadi olaraq Azərbaycanda və digər ölkələrdə toplanır və vətənin inkişafi naminə birgə fəaliyyət strategiyası müzakirə edilir. Artıq bir neçə ildir ki, ABŞ-dan üzü Şərqə doğru, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla erməni diasporu qarşımızda acizdir. Prezidentimizin diaspor siyasətinə lazımi diqqəti olmasaydı bu işləri həyata keçirmək mümkün olmazdı.

Əminəm ki, dünya azərbaycanlıları bizimlə həmfikirdirlər və bir neçə gündən sonra prezidentimizi və xalqımızı təbrik edəcəyik. Şüarımız da dəyişilməzdir: İlhamla irəli!"

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan Cəmiyyəti" 2004-cu ildən fəaliyyət göstərir. Cəmiyyət Dubay şəhərində təsis edilib. Azəərbaycan həqiqətlərinin BƏƏ-də təbliğ olunmasında cəmiyyətin böyük rolu var.

yap.org.az

Digər xəbərlər