PDF Oxu

Siyasət

  • 9

YAP Qobustan rayon təşkilatında treninq keçirilib

YAP Qobustan rayon təşkilatında treninq keçirilib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsinin məntəqələri üzrə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin treninqi keçirilib. SİA-nın məlumatına görə, treninqdə YAP Qobustan rayon təşkilatı Seçki Qərargahının üzvləri, məşvərətçi və müşahidəçilər iştirak edib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev mövzu ilə bağlı çıxış edərək bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan hakim partiya və onun fəal, qabaqcıl tərkib hissəsi olan Qobustan rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində uğurlu və səmərəli fəaliyyət göstərir: "Rayon təşkilatında Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il oktyabrın 9-da Prezident seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün, prezidentliyə namizədlərin və seçicilərin konstitusion hüquqlarının reallaşdırılması üçün seçki kampaniyasına hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir və müxtəlif seçki subyektlərinin maarifləndirilməsi üçün zəruri addımlar atılır".

F.Güləliyev onu da vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin sərəncamları ilə respublika əhalisinin bütün təbəqələrinin sosial müdafiəsini gücləndirmək üçün əməkhaqlarının, təqaüdlərin, müavinətlərin artırılması hər birimizin daha firavan həyatımızı şərtləndirib, parlaq gələcəyimizə böyük inam yaradıb: "Rayon ərazisində fəaliyyət göstərən seçki dairəsində, seçki məntəqələrində seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsini rayon Təşkilatı tərəfindən müəyyənləşdirilən 61 nəfər, o cümlədən 29 məşvərətçi, 32 müşahidəçi izləyəcək. Əminik ki, indiyədək keçirilən bütün seçkiləri qələbə ilə başa vuran YAP hər bir üzvünün fəallığı sayəsində 9 oktyabrda keçiriləcək prezident seçkilərində də uğur qazanacaq".

O, həmçinin məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin üzərlərinə düşən vəzifələri izah edərək bildirib ki, məşvərətçi səs hüquqlu üzvlərin hər birinə MSK tərəfindən hazırlanan təlimatlar, eyni zamanda müşahidəçilərin vəsiqələri də paylanıb.

Tədbirdə iştirakçılar 9 oktyabrda keçiriləcək prezident seçkilərinin Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacağına əminliklərini ifadə ediblər. Sonda müşahidəçilərə seçki təlimatları təqdim olunub.

sia.az

Digər xəbərlər