Bu gün Şamaxı rayonunda YAP-ın namizədi İlham Əliyevin Seçki Qərargahının üzvləri şəhərin mədəniyyət işçiləri ilə növbəti görüşlərini keçiriblər. SİA-nın məlumatına görə, görüşdə çıxış edən Seçki Qərargahının üzvü Altay Məmmədov bildirib ki, cənab İlham Əliyev son 10 ildə Azərbaycan üçün sürətli inkişaf tempi yaratmaqla dünya ölkələri içərisində nüfuzumuzu və qüdrətimizi artırıb: "İnsanların sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə göə, xalq ölkə başçı İlham Əliyevi böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz ona səs verəcək".Görüşdə Slavyan Universitetinin rektoru Kamal Abdulla və YAP Şamaxı rayon təşkilatının Seçki Qərargahının üzvləri Tünzalə Yusifova, Rafael Tağızadə və Aydın Alcanov da çıxış ediblər.
sia.az