Göyçayda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun Qızılağac kəndində 80-90 nəfərin və Kürdşaban kəndində isə 70 nəfərin iştirakı ilə görüş keçirilib.Görüşdə çıxış edən YAP-ın Göyçay rayon üzrə Seçki Qərargahının üzvləri Ramiz İbrahimov, Sahib Şükürov, Asif Nəbiyev, Zivər Zeynalova, Zahidə Mirzəyeva, Zenfira Əliyeva və Ləman Hacıyeva qeyd ediblər ki, 10 il bundan əvvəl proqnoz kimi səslənən məsələlər artıq reallığa çevrilib: "Qazanılan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla icrasına əsaslanır. Bu, ona dəlalət edir ki, insanlar inkişaf siyasətinin davam etməsinin tərəfdarıdırlar, ona görə də, məhz İlham Əliyevə səs verəcəklər".
sia.az