PDF Oxu

Siyasət

  • 10

Məzahir Pənahov: "Debatlarda təhqirlərə yol verilməsi namizədlərin səviyyəsini göstərir"

Məzahir Pənahov: "Debatlarda təhqirlərə yol verilməsi namizədlərin səviyyəsini göstərir"

"Prezidentin şərəf və ləyaqətinin təhqir olunması cinayətdir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İctimai Televiziyada prezidentliyə namizədlər üçün keçirilən debatlarda baş verən neqativ hallara münasibət bildirərkən deyib.M. Pənahov bildirib ki, istənilən halda prezidentin şərəf və ləyaqətinin qorunması qanunla tənzimlənir: "Dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat pis örnək olacaq hadisələr baş verir. Bizdə keçirilən debatlarda namizədlərin belə hərəkətlərə yol verməsi namizədin öz səviyyəsidir. Bu debata baxan seçicilər də bundan nəticə çıxarır. Bundan cəmiyyət narahat olmamalıdır".MSK sədri vurğulayıb ki, yetkin siyasətçiləri özündən çıxartmaq mümkün deyil: "Əsas məsələlərdən biri də siyasətçinin ekstremal vəziyyətdə davranışıdır. İTV-də təşkil olunan debatlarda qanunvericiliyin kobud şəkildə pozulması faktı isə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin prezidentin ünvanına səsləndiyi təhqirdir ki, bu da Konstitusiya ilə qadağandır. Mərkəzi Seçki Komissiyası isə hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin, bu səbəbdən ciddi xəbərdarlıqla kifayətləndik".

sia.az

Digər xəbərlər