Rusiyanın Ulyanovsk şəhərində yaşayan azərbaycanlılar İlham Əliyevə prezident seçkilərində dəstək nümayiş etdirir. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsindən İlham Əliyevin seçki qərargahına daxil olan məktubda Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə dövlət başçısına minnətdarlıq bildirilir. "Rusiya azərbaycanlıları üçün bu, bizim doğma və yaxınlarımızın taleyinin asılı olduğu həyati vacib məsələdir. Məhz İlham Əliyevin prezidentliyi dövründə Rusiya-Azərbaycan əməkdaşlığı özünün yüksək zirvəsinə çatıb və biz ölkə rəhbərliyinin Rusiyada yaşayan soydaşlarına səmimi qayğını hiss edirik."
Rusiya azərbaycanlıları adından daxil olan məktubda daha sonra qarşıdakı prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirmək üçün Ulyanovskda keçirilən tədbirlər haqqında məlumat verilir. Təşkilat Rusiyadakı bütün soydaşlarımızı İlham Əliyevin namizədliyini dəstəkəməyə çağırır: "Biz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da çiçəkənəcəyinə inanırıq".
Ulyanovsk azərbaycanlıları İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin yaranması və inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklərini bildirir.
Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Rusiyadakı Azərbaycan diasporu tərəfindən Moskva şəhərində yaradılıb. Bu ölkədəki soydaşlarımızın milli, mədəni, sosial maraqlarını müdafiə edən təşkilatın hazırda Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir.
yap.org.az