PDF Oxu

Siyasət

  • 7

Ombudsman Aparatının əməkdaşı Strasburqda keçirilmiş konfransda iştirak etmişdir

Ombudsman Aparatının əməkdaşı Strasburqda keçirilmiş konfransda iştirak etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov Strasburq şəhərində Avropa İttifaqı və Avropa Şurasının "Pis rəftarla və cəzasızlıqla mübarizə, pis rəftar hallarının hüquq mühafizə orqanları tərəfindən səmərəli araşdırılması" mövzusunda regional konfransda iştirak etmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, konfransda Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna və Ermənistanın hüquq mühafizə orqanlarının, məhkəmə hakimiyyətlərinin və milli insan hüquqları institutlarının, eləcə də Avropa Şurasının məsul nümayəndələri, Mançester və Qlazqo universitetlərinin təmsilçiləri və beynəlxalq ekspertlər iştirak etmişlər.

Azərbaycan nümayəndəsi pis rəftarla mübarizə sahəsində dövlətin həyata keçirdiyi tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi, Ombudsman, eləcə də onun Milli Preventiv Qrupunun bu istiqamətdə fəaliyyəti ilə bağlı konfrans iştirakçılarına geniş məlumat vermişdir.

Azərbaycan hökumətinin bu sahədə gördüyü işlər müsbət qiymətləndirilmiş, iştirakçı ölkələrin hər birinə pis rəftarla mübarizə istiqamətində gələcək prioritetlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi təklif olunmuşdur.

AzərTAc

Digər xəbərlər