Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Biçə Qurban qızı Xəlilovanın məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 29-na təyin edilmiş iclasında baxılacaqdır.
AzərTAc