PDF Oxu

Siyasət

  • 18

Milli QHT Forumunun seçki koalisiyası tərəfindən növbəti tədbir Xəzər rayonunda keçirilmişdir

Milli QHT Forumunun seçki koalisiyası tərəfindən növbəti tədbir Xəzər rayonunda keçirilmişdir

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) seçki koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə Xəzər rayonunun Nizami adına mədəniyyət sarayında tədbir keçirmişdir

MQF-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev "Davamlı inkişaf, sabit cəmiyyət və seçki", MQF-nin prezidenti Rauf Zeyni "Əhalinin seçkilərdə fəal iştirakında vətəndaş cəmiyyətinin rolu" mövzusunda çıxış edərək vətəndaşların suallarına cavab olaraq ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda qüdrətli dövlətə çevrilməsi, "Azərbaycan: gələcəyə baxış-2020" İnkişaf Konsepsiyası çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlaqədar olaraq son illərdə əldə olunan nailiyyətlər barədə Xəzər rayon ictimaiyyətinə məlumat vermişlər.

Sonda "MQF seçki koalisiyası" seçiciləri oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.

"2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.

AzərTAc

Digər xəbərlər