YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Talıstan, Diyallı, Cülyan kəndlərində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, son 10 ildə Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirməklə yanaşı, ölkəmizin haqq səsinin beynəlxalq arenada səslənməsini təmin edib: "Bütün görülən işlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan öz inkişaf tempinə görə dünyanın əksər ölkələrini geridə qoyaraq beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Prezident İlham Əliyevin apardığı alternativsiz uğurlu daxili və xarici siyasət, zəngin siyasi irsə əsaslanan idarəetmə bacarığı əsas verir ki, o, növbəti dəfə Azərbaycanın rəhbəri seçilsin".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Misir Mərdanov, millət vəkili Novruzəli Aslanov çıxışlarında qeyd ediblər ki, Azərbaycan gənc müstəqil dövlət olsa da sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir: "Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan böyük strateji layihələri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir".
Daha sonra çıxış edən Talıstan kənd sakinləri Xalid Mürşüdov, Sədiyar Babayev, İradə Hüseynova, Fidan Rüstəmova, Diyallı kənd sakinləri Şəmsiyyə Əhmədova, Məzahir Tapulov, Rəhman Nuğayev, Şəhla Qafarova, Əkbər Şəfaqətov, Əfsər Qəniyev, Cülyan kənd sakinləri Eyvaz Mursalov, Rizvan Mazanov, Rafiq Orucov, Lumu Qayıbova qeyd ediblər ki, son 10 ildə görülən işlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Qafqazın lider dövlətidir: "Əhalinin sosial rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması sahəsində ölkə başçısı İlham Əliyevin gördüyü işlər biz seçiciləri daha da sevindirir. Biz 9 oktyabrda keçiriləcək seçkilərdə ona səs verərərək Azərbaycanın növbəti illərdə də çiçəklənməsinə öz töhfəmizi verəcəyik".
sia.az