PDF Oxu

Siyasət

  • 7

Politoloq: “Çox təəssüf ki, nə AŞPA, nə də Minsk qrupu vəziyyətə lazımi qiymət vermir”

Politoloq: “Çox təəssüf ki, nə AŞPA, nə də Minsk qrupu vəziyyətə lazımi qiymət vermir”

"Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışı bir daha onu göstərdi ki, bu dövlət ilə Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları çox çətindir". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışında Azərbaycanın ünvanına səsləndirdiyi bəzi ittiham və hədələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ermənistan prezidenti bu cür çıxışlarla beynəlxalq ictimaiyyəti aldadır: "Onun mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsi ona görə həllini tapmır ki, guya Azərbaycan dövləti danışıqlar prosesini pozur, ATƏT-in Minsk qrupunun irəli sürdüyü təklifləri rədd edir. Halbuki, ATƏT-in Minsk qrupu hamıdan yaxşı bilir ki, bütün təklifləri rədd edən tərəf, məhz Ermənistandır. Bundan başqa 2007-ci ildə irəli sürülən Madrid Prinsiplərini, 2009-cu ilin dekabrında isə Afinada irəli sürülən yeniləşmiş Madrid Prinsiplərini rədd edən də Ermənistandır. Amma o tam əksini söyləyir. Bütün bunlar danışıqlar prosesinə xələl gətirir".ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyətinin nəticəsiz olduğunu deyən politoloq bildirib ki, AŞPA insan hüquqlarını müdafiə edən təşkilat olsa da, Ermənistan prezidentinin çıxışına heç bir reaksiya vermədi: "Serj Sarkisyan çıxışı ilə Azərbaycanın 1 milyon insanın haqqını tapdadı. Çox təəssüf ki, nə AŞPA, nə də ATƏT-in Minsk qrupu vəziyyətə lazımi qiymət vermir. Belə bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticə əldə etmək çox çətindir. Amma düşünürəm ki, Azərbaycanın bir aylıq BMT- Təhlükəsizlik Şurasına sədrlik etməsi bizə imkan verir ki, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətə çatdıraq. Hesab edirəm ki, ölkəmiz bundan maksimum faydalanacaq".

sia.az

Digər xəbərlər