9 oktyabr Prezident seçkilərini izləmək üçün Bakıya "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq müşahidəçi dəvət olunub. SİA-nın məlumatına görə, bu barədə QHT əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov jurnalistlərə məlumat verib. O bildirib ki, beynəlxalq müşahidəçi Vladimir Ran Antonoviç sabah Bakıya səfərə gələcək.Layihənin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildiyini vurğulayan Alyans həmsədrinin sözlərinə görə, Alyans ölkədə keçiriləcək seçki prosesində yaxından iştirak edəcək: "Alyans üzvləri 9 oktyabrda keçiriləcək seçkilərdə müşahidəçi missiyasını da yerinə yetirəcəklər. Alyans seçki günü ictimaiyyəti 3-4 dəfə məlumatlandıracaq".
sia.az