PDF Oxu

Siyasət

  • 10

Həştərxanda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Həştərxanda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

"Son on ildə Azərbaycan özünün yüksək iqtisadi inkişafı , apardığı xarici və daxili siyasət nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb. Bütün bu uğurlar mübahisə edilməz dərəcədə həqiqətdir və göz qabağındadır . Ölkənin əldə etdiyi bu uğurlara isə, sözsüz ki, Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində nail olunub".

Bu fikirlər Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Həştərxan regional şöbəsinin keçirdiyi toplantıda səsləndirilib. Tədbirdə çıxış edən ÜAK-ın regional şöbəsinin sədri Ədalət Hüseynov qeyd edib ki, Həştərxanda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti tamamilə bəyənir və dəstəkləyirlər.

"Biz Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Həştərxan vilayəti arasındakı dosluq münasibətlərinin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərini, həmçinin, Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk",-deyə natiq qeyd edib. Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Həştərxan vilayəti arasında ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə yüksəlib. Belə ki, tərəflər arasında iqtisadi əlaqələr geniqşlənib, ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artıb, mədəni, humanitar , təhsil və digər sahələrdə əməkdaşlıq daha da genişlənib.

"Həştərxan vilayəti ilə əməkdaşlığa göstərdiyi belə səmimi münasibət və yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk. Məhz Onun hərtərəfli dəstəyi nəticəsində , Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan tərəfindən Həştərxan vilayətində çoxlu sayda irimiqyaslı layihələr həyata keçirilib",-deyə Ə.Hüseynov vurğulayıb.

Qeyd olunan dövrdə Həştərxan vilayətində həyata keçirilən layihələr barədə danışan natiq, onların sırasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini, şəhərin mərkəzində Ulu öndərin adını daşıyan parkın yenidən rekonstruksiya olunaraq sakinlərin istifadəsinə verilmsini, möhtəşəm "Dostluq Körpüsü"nun tikintisini, Heydər Əliyevin adını daşıyan orta məktəbdə aparılan tikinti-yenidənqurma işlərini, uşaq-əyləncə mərkəzlərinin və digər tikililərin adlarını sadalayıb. Ədalət Hüseynov, sadalanan tikilililərin bu gün göz oxşadığını, Həştərxan şəhərinə xüsusi yaraşıq verdiyini və şəhər sakinlərinin ən çox üz tutduqları istirahət məkanlarına çevrildiyini vurğulayıb.

Natiqin sözlərinə görə, bütün şəhər sakinləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Müqəddəs Knyaz Vladimir məbədinin açılışını səbirsizliklə gözləyirlər. "Məhz bu səbəbdən də Həştərxan sakinləri şəhərdə uğurla reallaşdırılan həmin sosial layihələrə görə, Prezident İlham Əliyevə öz dərin təşəkkürlərini bildirirlər ",-deyə təşkilat sədri bildirib.

Tədbirin sonunda iştirakçıların yekdil rəyini ifadə edən qərar qəbul olunub. Qərarda deyilir: "Biz həştərxanlılar əminik ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı düzgün seçim edərək, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçəcəklər. Odur ki, biz də hamını möhtərəm Prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq".

yap.org.az

Digər xəbərlər