PDF Oxu

Siyasət

  • 11

Norveçdəki azərbaycanlı gənclər təşkilatları Azərbaycanda keçirilən seçkilərinə dair bəyanatla çıxış edib

Norveçdəki azərbaycanlı gənclər təşkilatları Azərbaycanda keçirilən seçkilərinə dair bəyanatla çıxış edib

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Norveç Azərbaycanlıları Tələbələr Təşkilatı, Oslodakı Azərbaycan Evi də prezident seçkilərində İlham Əliyevi dəstəkləyən bəyanat yayıb. Bəyanatda həmvətənlərimiz son illərdə Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsindən məmnunluq duyduqlarını bildirir və əldə olunmuş uğurların xalqımızın, ilk növbədə isə prezident İlham Əliyevin siyasi iradəsi və böyük səyi nəticəsində əldə olduğunu qeyd edirlər.

Bəyanatda daha sonra qeyd olunur ki, 9 oktyabr seçkilərinin nəticəsi olaraq qarşıdakı 5 ildə Azərbaycanın ölkə daxilində, dünya çapında və o cümlədən Avropa məkanında siyasəti, iqtisadi strategiyası, inkişafı, mövqeyi və istiqamət kursu müəyyən olunacaq. Bəyanat müəllifləri seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inanır və xalqımızın yenidən düzgün seçim edəcəyinə şübhə etmir.

Norveçdəki təşkilatlarla yanaşı, Niderland Krallığında fəaliyyət göstərən Holland-Azərbaycan Türk Kültür Dərnəyi və "Odlar Yurdu" Cəmiyyəti də bəyanatla çıxış edərək Azərbaycanın inkişafı, rifahı, proqressiv gələcəyi və demokratik dəyərlərə hərtərəfli inteqrasiyası naminə qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirir və növbəti beş ildə Azərbaycanın daha da sürətlə inkişaf edəcəyinə inanır.

yap.org,az

Digər xəbərlər