PDF Oxu

Siyasət

  • 7

YAP Yasamal rayon təşkilatının gəncləri bukletlər payladı

YAP Yasamal rayon təşkilatının gəncləri bukletlər payladı

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının gəncləri 9 oktyabr tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə davam etdirirlər. SİA-nın məlumatına görə, bununla əlaqədar bu gün gənclər növbəti dəfə 2 minə yaxın seçiciyə bukletlər paylayıblar.Bukletlərdə Prezident İlham Əliyevin ölkədə gördüyü işlər, son 10 ildə müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar öz əksini tapıb. Həmçinin, bukletlərdə Prezident İlham Əliyevin gələcəyə hədəflənən məqsədləri, ölkəni gözləyən yeni uğurlar da ifadə olunub.Qeyd edək ki, YAP gənclərinin həyata keçirdiyi aksiya şəhər sakinlərinin böyük marağı ilə qarşılanıb.

sia.az

Digər xəbərlər