"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu tərəfindən növbəti aksiya həyata keçirilib. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunu dəstəkləyən gənclər Dənizkənarı Milli Parkdan gəmi ilə dənizə açılaraq, səmaya "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun rəmzi olan qırmızı hava şarı buraxıblar. Aksiyada iştirak edən gənclər havaya buraxdıqları qırmızı hava şarları ilə öz parlaq və işıqlı gələcəklərinə inam hissini bildiriblər. Səmaya buraxılan hava şarları, sahildə Xəzər dənizini izləyənlərin də böyük marağına səbəb olub.Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçünfb.com/mypresident.az səhifəsinə və www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.
yap.org.az