Oktyabrın 4-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Qaradağın hüquq mühafizə orqanlarının, rayon təsərrüfat sahələrinin rəhbərlərinin də iştirak etdikləri görüşdə qəsəbə sakinlərinin problemləri dinlənilmişdir. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
S.Mikayılov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığını bildirmiş, görüləcək işlər barədə danışmışdır.
AzərTAc