PDF Oxu

Siyasət

  • 10

Prezident seçkiləri ilə bağlı regionlarda və Bakıda əhalinin maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi layihəsinin yekun hesabatı təqdim edilmişdir

Prezident seçkiləri ilə bağlı regionlarda və Bakıda əhalinin maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi layihəsinin yekun hesabatı təqdim edilmişdir

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Milli QHT Forumu "MQF seçki koalisiyası" tərəfindən icra olunan "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsinin yekun hesabatı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihə çərçivəsində görülmüş işlər haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Milli QHT Forumunun "MQF" seçki koalisiyası tərəfindən həyata keçirilmişdir.

AzərTAc

Digər xəbərlər