PDF Oxu

Siyasət

  • 12

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri olan “Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində “cib kitabı” formatında çapdan çıxmışdır

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri olan “Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində “cib kitabı” formatında çapdan çıxmışdır

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri olan "Tarixi Azərbaycan dövlətləri" kitabı ingilis dilində "cib kitabı" formatında çapdan çıxmışdır.

İlk dəfə ötən ilin aprelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və moldav dillərində çap edilən "Tarixi Azərbaycan dövlətləri" kitabı Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının iştirakçıları arasında yayılmışdır. Tarixi Azərbaycan dövlətləri haqqında qısa məlumat verilən kitabda, həmçinin həmin dövlətlərin xəritələri öz əksini tapmışdır.

Oxucular arasında böyük maraqla qarşılandığı nəzərə alınaraq kitabın ikinci nəşri Azərbaycan və ingilis dillərində nəşr edilmişdir.

Kitab işıq üzü gördüyü ilk gündən Ermənistanın kütləvi informasiya vasitələrinin böyük etirazına səbəb olmuşdur. Bu kitaba qarşı dəfələrlə erməni mətbuatında hədyan dolu yazılar dərc edilmişdir. Ən son belə bir yazı Ermənistanın "Yerkir" qəzetinin 2 oktyabr tarixli nömrəsində verilmişdir. Artıq bu faktlar kitabın mahiyyət etibarilə hədəfə çatdığını göstərir.

Elə bu məqsədlə və xaricdə intensiv yayımını təmin etmək üçün kitabın ingilis dilində və fərqli formatda versiyasının buraxılması qərara alınmışdır. Kitabın ideya müəllifi Milli Məclisin deputatı Elxan Süleymanov, məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İlyas Babayev, "Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yaradıcı qrupun rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

sia.az

Digər xəbərlər