PDF Oxu

Siyasət

  • 5

Həcc ziyarətində olan Azərbaycan vətəndaşları da seçki hüququndan istifadə edə biləcəklər

Həcc ziyarətində olan Azərbaycan vətəndaşları da seçki hüququndan istifadə edə biləcəklər

Məkkədə, Həcc ziyarətində olan Azərbaycan Respublikasının vətəndaşları da oktyabrın 9-da keçiriləcək prezident seçkilərində öz seçki hüququndan istifadə edə biləcəklər.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının birgə səyləri nəticəsində Məkkə şəhərində müvəqqəti məntəqə yaradılmışdır.

Qeyd edək ki, həmin məntəqədə təkcə zəvvarlar deyil, xidməti ezamiyyətdə, səyahətdə olan Azərbaycan vətəndaşları da səs verə biləcəklər.

AzərTAc

Digər xəbərlər