Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Qazaxıstandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu mühüm siyasi kampaniyaya tam hazırdır. Bu barədə AzərTAc-ın xüsusi müxbirinə Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Şahin Əhmədov məlumat vermişdir. Bildirmişdir ki, seçkinin ədalətli, azad və şəffaf keçirilməsi üçün səfirlikdə xüsusi salon ayrılmış, bura lazımi avadanlıqla təchiz edilmişdir. Astana və onun ətrafında yaşayan və işləyən, səsvermə hüququ olan 200-dən artıq Azərbaycan vətəndaşının siyahısı da hazırlanmışdır. O qeyd etmişdir ki, səsvermə günü səfirliyə daha çox seçicinin gəlməsi gözlənilir.
AzərTAc