PDF Oxu

Siyasət

  • 12

Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Varşavada “Transmilli idarəetmə prosesləri” mövzusunda beynəlxalq konfransda iştirak edəcəkdir

Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Varşavada “Transmilli idarəetmə prosesləri” mövzusunda beynəlxalq konfransda iştirak edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Kamal Makili–Əliyev Varşava Universitetinin Siyasi Elmlər İnstitutunun təşkil etdiyi "Transmilli idarəetmə prosesləri" mövzusunda beynəlxalq konfransda iştirak edəcəkdir.

SAM-dan AzərTAc-a bildirmişlər ki, oktyabrın 7-də keçiriləcək konfransda Kamal Makili–Əliyev "Avropa İttifaqı-Azərbaycan münasibətləri: transmilli idarəetmə neksusu" mövzusunda məruzə ilə çıxış edəcəkdir.

AzərTAc

Digər xəbərlər