Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gəlmək istəyən xarici ölkə kütləvi informasiya vasitələri (qəzet, jurnal, televiziya və radio, eləcə də elektron portallar) jurnalistlərinin sayı artır.
Müstəqil Mətbuat Mərkəzindən bildirmişlər ki, artıq 20-dən çox xarici KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunmuşdur.
MSK-da akkreditə olunmuş xarici jurnalistlərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today" telekanallarının, Bloomberg News, Reuters, İTAR-TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentliklərinin, "Vesti Seqodnya", "Exo Planetı", "New-York Times" kimi qəzetlərinin əməkdaşları vardır.
Xarici jurnalistlərin akkreditasiyası davam edir.
yap.org.az