PDF Oxu

Siyasət

  • 9

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu seçkiləri müşahidə edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu seçkiləri müşahidə edəcək

Təşkilatlatın nümayəndələri oktyabrın 8 dən - 10 - dək Azərbaycanda səfərdə olacaqlar

Məlum olduğu kimi 9 oktyabrda ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu seçkilər təbii ki, diqqət mərkəzindədir. Ölkəmizdə seçkilərin keçirilməsi üçün tam demokratik şərait mövcuddur. Bu demokratik şəraitdə təbii ki, azad və şəffaf seçki keçiriləcək.

Azərbaycanda keçiriləcək 9 oktyarb prezident seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu da müşahidə edəcək. Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərəcək. Bu məqsədlə Foruma daxil olan üzv ölkələrin nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri oktyabrın 8 - 10 - dək Azərbaycanda səfərdə olacaqlar. Onlar Bakı şəhəri ərazisində yerləşən çoxsaylı seçki məntəqələrində seçki prosesinin gedişatını müşahidə edəcək, eyni zamanda seçki subyektləri ilə görüşəcəklər. Forumun müşahidəçi qrupu seçkidən öncə və sonra KİV üçün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çox sayda qeyri-hökumət təşkilatları daxildir.

Cahid Süleymanov

Digər xəbərlər