Azərbaycanın ilkin internet provayderi "Delta Telecom" şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikinin həcmində artım müşahidə olunmuşdur.Ölkəyə daxil olan internet trafikinin həcmi iyun-iyul ayları ilə müqayisədə 11,8 faiz artaraq 68 geqabayt/saniyə (GB/S) təşkil edir. Azərbaycana daxil olan internet trafikinin həcminin ən yüksək həddi bu ilin fevral-aprel aylarında müşahidə olunmuşdur və bu vaxt ərzində 73-75 GB/s-dək artım qeydə alınmışdır.Ölkənin çıxış trafikinin həcmi isə iyun-sentyabr aylarında əvvəlki aylarla müqayisədə stabilləşərək 13-14 GB/s təşkil etmişdir. Bu göstəricinin maksimal həddi 2012-ci ilin dekabr ayından 2013-cü ilin fevral ayınadək 16-17 GB/s-dək artım nümayiş edilmişdir.Hazırda ölkəyə daxil olan internet trafikinin orta həcmi 10-20 GB/saniyə, çıxış trafikinin orta həcmi isə 60-70 GB/saniyə təşkil edir.Hazırda ölkəyə daxil olan internet trafikinin orta həcmi 10-20 GB/saniyə, çıxış trafikinin orta həcmi isə 60-70 GB/saniyə təşkil edir.
yap.org.az