PDF Oxu

Siyasət

  • 13

Kürdəmirdə təbliğat-təşviqat kampaniyası davam edir

Kürdəmirdə təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, rayonun Pirili, Axtaçı, Mehdili, Dayıkazımlı, Öyləqulu və Qoçulu kəndlərinin seçiciləri ilə keçirilən görüşdə millət vəkili Fərhad Qəribov, professor Əlikram Məmmədov və Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Zenfira Əlişqızı iştirak ediblər.Seçicilərlə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçicilərə YAP-ın namizədi İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrasturuktur layihələrinin əhəmiyyətindən danışıb: "Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imicini daha da möhkəmləndirir. Son 10 ildə görülən işlər, imzalanan fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir. Bütün bunları nəzərə alan hər bir seçici 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir".Çıxış edən təbliğat qrupunun üzvləri olan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Zenfira Əlişqızı, professor Əlikram Məmmədov YAP tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin uğurlu siyasi strategiyasından və bunun ölkəmiz üçün müsbət nəticələrindən söz açıblar.

sia.az

Digər xəbərlər