PDF Oxu

Siyasət

  • 10

Məlahət İbrahimqızı: “Hər kəs qanun qarşısında cavab verməyə borcludur”

Məlahət İbrahimqızı: “Hər kəs qanun qarşısında cavab verməyə borcludur”

"Hesab edirəm ki, müxalifətin seçkilərdən sonra ölkədə qarşıdurma, gərginlik yaradacağı ilə bağlı səsləndirdiyi fikirlər cinayətdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, Partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.Təşkilat sədrinin sözlərinə görə, belə fikirlərin səsləndirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin pozulması deməkdir: "Mən bu tərzdə olan fikirləri, hətta dövlət çevrilişinə cəhd kimi də xarakterizə edirəm. Ölkəmizdə ötən dövr ərzində baş tutan seçkilər tam demokratik, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində keçib. Bununla belə burada hər bir namizəd üçün kifayət qədər şərait yaradılıb. Müxalifət istər paytaxt Bakıda, istərsə də regionlarda yetərincə mitinq təşkil edib. Hətta onlar burada istədikləri qədər öz "mədəniyyət"lərini göstəriblər. Bu seçkidə namizədlərin əksəriyyəti xüsusilə də "Milli Şura"nın namizədi Cəmil Həsənli ancaq qisasçı, qərəzli, şər, böhtan və s. məsələləri səsləndirməklə öz təşviqatını tamamlamaq üzrədir. Yəqin ki, onların platformaları elə bundan ibarətdir".YAP Siyasi şurasının üzvü hesab edir ki, Azərbaycanı tanımayan hər hansı bir şəxs Cəmil Həsənlinin bu cür çıxışlarına qulaq asarkən, Azərbaycanın necə bir dövlət olması haqqında da düşünür: "Bu gün ölkəmizdə, bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri Avropanın ən inkişaf edən şəhərlərini belə üstələyib. Amma teledebatlarda səslənən fikirlərə qulaq asdıqca insan düşünür ki, ölkəmiz sanki həm Asiyanın həm də Afrikanın ən geridə qalmış ölkəsi vəziyyətindədir. Axı bu dərəcədə qərəzli, ədalətsiz mövqe sərgiləmək olarmı? Azərbaycanda bu qədər böyük nailiyyətlər olduğu halda, ölkəmizə qarşı qara yaxmaq düşünürəm ki, onların özlərinə heç bir başucalığı gətirməyəcək. Əksinə bu, onların imicinə daha da xələl yetirəcək. Bir sözlə, hər kəs qanun qarşısında cavab verməyə borcludur".

sia.az

Digər xəbərlər