Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanın Fransadakı səfirliyi Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində seçki məntəqəsi təşkil edib, seçkilərin demokratik və şәffaflığı üçün bütün şərait yaradılıb.Fransada yaşayan və sәsvermә hüququ olan vәtәndaşlarımızın siyahısı vaxtında tərtib edilib, onlara seçkinin keçiriləcəyi vaxt haqqında məlumat verilib.Prezident seçkiləri günü Parisdәki seçki məntəqəsi öz qapılarını yerli vaxtla səhər saat 8-də seçicilərin üzünə açacaq. Məntəqədə səsverməyə saat 19-da yekun vurulacaq.Bir sözlə, Fransada yaradılan seçki məntəqəsi seçiciləri qəbul etməyə tam hazırdır.
sia.az