PDF Oxu

Siyasət

  • 9

Azərbaycan Tacikistan və Qırğızıstanla elektron pulköçürməsinə başlayacaqdır

Azərbaycan Tacikistan və Qırğızıstanla elektron pulköçürməsinə başlayacaqdır

Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin sonunadək daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

"Azərpoçt" MMC-dən bildirmişlər ki, hazırda Tacikistan və Qırğızıstan poçt operatorları ilə danışıqlar aparılır.

Eyni zamanda, Estoniya və Litva poçt operatorları ilə "STEFİ" üzərindən sürətli pulköçürmələrinin həyata keçirilməsi istiqamətində də işlər görülür.

yap.org.az

Digər xəbərlər