PDF Oxu

Siyasət

  • 10

Əli Əhmədov: Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir

Əli Əhmədov: Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir

"Hesab edirəm ki, növbəti 5 il ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə uğurla təmsil olunmasında yeni bir mərhələ olacaq". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, növbəti 5 illə bağlı Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir. Bu hədəflər qarşıdakı 5 ildə Prezident İlham Əliyevin fəaliyyətində və gördüyü işlərdə öz əksini tapacaq.

YAP –ın Sədr müavininin sözlərinə görə, təbii ki, 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar və siyasət böyük uğurlara gətirib çıxarıbsa, deməli, növbəti 5 il ərzində də bu siyasət əsas parametrləri ilə davam etdiriləcək.

yap.org.az

Digər xəbərlər