Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi respublikada prezident seçkiləri zamanı seçki prosesinin təmin olunması məqsədilə dənizdə olacaq gəmilərdə bütün şərait yaradılıb. Bu barədə Trend-ə idarənin mətbuat xidmətinin rəhbəri Vuqar Sadıqov bildirib.
Vuqar Sadıqovun sözlərinə görə, prezident seçkiləri günü dənizdə olacaq bütün gəmilərdə seçki proseinin təmin olunması məqsədilə seçki məntəqələri yaradılıb: "Bu gəmilərin heyət üzvilərinin siyahısı təsdiqlənib və müvafiq olaraq onlar bu məntəqələrdə səs verəcəklər".
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, seçki prosesinin yekunlaşmasından sonra gəmidə səsverməyə görə cavabdeh olan şəxs - kapitan əlaqə vasitələrindən istifadə edərək seçkilərin yekunları haqqında məlumatı operativ olaraq sahilə ötürəcək.
Vuqar Sadıqovun sözlərinə görə, öz növbəsində üzən gəmilərin heyəti daxil olmaqla idarənin bütün əməkdaşları, xüsusilə təmirə dayanan gəmilərin komandası yaşayış yerlərində səs verəcəklər: "İdarənin quruda və dənizdə olan bütün əməkdaşları səsvermə prosesində aktiv şəkildə iştirak edəcəklər".
yap.org.az