PDF Oxu

Siyasət

  • 11

MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdü

MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdü

MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləmişdir.

S.Lebedev demişdir ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə Missiyasının bir qrupu sentyabrın 10-dan Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında da olmuş, bir sıra görüşlər keçirmiş, seçkiqabağı vəziyyəti öyrənmişlər. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar.

Bildirilmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı bu seçkilərin də demokratik, azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaratmışdır.

Qonaqlara oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat verilmişdir.

AzərTAc

Digər xəbərlər