PDF Oxu

Siyasət

  • 13

Oğuzda seçicilərlə görüş keçirilib

Oğuzda seçicilərlə görüş keçirilib

Oğuzda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində rayonun Böyük Söyüdlü, Astraxanovka və Qarabulaq kəndlərində seçicilərlə görüş keçirilib.Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın uğur və nailiyyətlərindən bəhs edib: "YAP ölkəmizdə keçirilən bütün seçkilərdə uğurlu qələbələr qazanıb. Bu qələbələrin əsas amillərindən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşması olub. Builki seçki kampaniyasına da təşkilatımız ciddi hazırlaşıb və təbliğat-təşviqat işini yüksək səviyyədə həyata keçirib. 9 oktyabrda keçiriləcək seçkilərdə bütün seçiciləri məntəqələrə gələrək partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram".Tədbirdə iştirak edən millət vəkilləri Ziyad Səmədzadə, Aqiyə Naxçıvanlı bildiriblər ki, hakim partiya xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli tövhəsini verir: "Bu yolu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın sosial rifah halı gündən-günə yaxşılaşır. Yeni Azərbaycan Partiyası ölkəmizin qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib. Bütün bunları nəzərə alıb, hamını 9 oktyabrda YAP-ın layiqli namizədi, ölkə prezidenti İlham Əliyevə səs verməyə çağırıram".Seçicilərdən Qarabulaq kənd ağsaqqalı Mirsahib Rəhimov, Böyük Söyüdlü kənd orta məktəbinin müəllimi İmdad Suleymanov, Astraxanovka kənd orta məktəbinin müəllimi Fikrt Hüseynov, Qarabulaq kənd orta məktəbinin direktoru Sədrəddin Qarayev, seçicilərdən Nizami İsmayılov, Solmaz İsmayılova öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, həyata keçirilən sosial ləyihələrdən, respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışıblar.Çıxış edənlər bildiriblər ki, bütün oğuzlular YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər.

sia.az

Digər xəbərlər