"Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı təbliğat- təşviqat kampaniyasını müxtəlif formalarda həyata keçirib". Bu sözləri SİA-ya YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov deyib. O bildirib ki, sentyabrın 16-dan bu günə kimi YAP Yasamal rayon Təşkilatı müxtəlif görüşlər və fləşmoblar təşkil edib.Onun sözlərinə görə, təşkilat həmçinin YAP namizədi Prezident İlham Əliyevin təbliğat materiallarının ictimaiyyətə çatdırılması, seçicilərə təqdim olunması istiqamətində də işlər aparıb: "Təbliğat dövrü başlanandan bu günə qədər təşkilatın Gənclər Birliyi tərəfindən Prezident İlham Əliyevlə bağlı 35-40 min buklet paylanılıb. Bundan əlavə, Gənclər Birliyi ilk dəfə səs verəcək gənclərlə görüşlər keçirib. Görüşlərdə gənclərin əksəriyyəti 9 oktyabrda keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər".E. Əmirov qeyd edib ki, Gənclər Birliyi tərəfindən seçkilərlə bağlı sorğu da keçirilib: "Sorğu iştirakçılarının böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəklədiklərini və ölkə başçısının yenidən prezident seçilməsi üçün səs verəcəklərini vurğulayıblar".
sia.az