PDF Oxu

Siyasət

  • 10

Millət vəkilləri Azərbaycana qarşı təxribata etiraz etdilər

Millət vəkilləri Azərbaycana qarşı təxribata etiraz etdilər

Azərbaycan parlamentinin üzvləri Avropa Parlamentində Azərbaycana qarşı təxribatyönlü seminarda etiraz çıxışları ediblər. SİA-nın məlumatına görə, millət vəkilləri Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə Belçikanın paytaxtı Brüsseldə keçirilən "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?" adlı seminarda iştirak ediblər.Millət vəkili F. Muradov bu gün Milli Məclisdə keçirilən mətbuat konfransında Avropa Parlamentində keçirilən iclas haqqında məlumat verib: "İclas başlayanda məlum oldu ki, əsas məqsəd milli azlıqlarla bağlı məsələnin müzakirəyə çıxarılmasıdır. Toplantıda seçkilərə aidiyyəti olmayan müxtəlif təşkilatların nümayəndələri iştirak etdilər. Seçkilərə aidiyyəti olan yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər idi ki, o da daima Azərbaycanda etdiyi çıxışlardan birini etdi, ölkədə siyasi vəziyyəti tənqid etdi".Millət vəkili A. Mollazadə qeyd edib ki, Azərbaycan, Gürcüstan və Ukrayna Avropaya inteqrasiya yolunda ciddi irəliləyiş əldə ediblər: "Etnik separatizmi qızışdırmaq üçün təşkil edilən bu seminar Azərbaycanı Avropaya inteqrasiya yolundan döndərmək məqsədilə keçirilib. Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzidir. Çıxışımda əsas fikri "Xocalıya ədalət" kampaniyasına yönəltdim və sual verdim ki, öldürülən günahsız uşaq və qadınların haqlarını nə vaxt müzakirə edəcəksiniz?"Ç. Əsədullayev isə qeyd edib ki, iclasda səsləndirilən hesabat heç bir reallığa əsaslanmayan məlumatlar əsasında hazırlanıb: "Seminarda Azərbaycanla bağlı səsləndirilən hesabat qərəzli tərtib olunmuşdu və buna qarşı etiraz etdim".

sia.az

Digər xəbərlər