PDF Oxu

Siyasət

  • 7

Çin Xalq Respublikasında yaradılmış seçki məntəqəsi Azərbaycan Prezidentinin seçkilərinə hazırdır

Çin Xalq Respublikasında yaradılmış seçki məntəqəsi Azərbaycan Prezidentinin seçkilərinə hazırdır

Oktyabrın 9-da keçiriləcək Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasının paytaxtı Pekində yaradılmış seçki məntəqəsində Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun olaraq seçkilərə hazırlıq işləri başa çatdırılmışdır.

Ölkəmizin Pekindəki səfirliyində yerləşən seçki məntəqəsi lazımi əyani vəsaitlərlə təmin edilmiş, burada səs verəcək seçicilərin siyahısı tərtib olunmuş, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilmişdir. Çində konsulluq qeydiyyatında olan 300-ə yaxın Azərbaycan Respublikasının vətəndaşı seçkilər barədə məlumatlandırılmışdır. Bundan əlavə, vətəndaşlarımızın toplaşdığı yerlərə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının göndərdiyi məlumat xarakterli plakatlar asılmışdır. Səsvermə günü ətraf ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının da Pekindəki seçki məntəqəsində səs verəcəyi gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti seçkiləri saat fərqini nəzərə almaqla ilk olaraq Pekində yaradılmış məntəqədə başlayacaqdır.

AzərTAc

Digər xəbərlər