Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, Fransa Senatının müşahidə missiyasının ölkəmizə səfərinin önəmi vurğulandı, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə fikir mübadiləsi aparıldı.