PDF Oxu

Siyasət

  • 10

MDB üzvü olan dövlətlərin ekspert qrupları Minskdə özlərinin profil iclaslarını keçirəcəklər

MDB üzvü olan dövlətlərin ekspert qrupları Minskdə özlərinin profil iclaslarını keçirəcəklər

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən verilən məlumata görə, Birliyin üzvü olan dövlətlərin ekspert qrupları bu həftə Belarus paytaxtında özlərinin profil iclaslarını keçirəcəklər.

Oktyabrın 10-da MDB üzvü olan dövlətlərin əmtəə və xidmətlərinin milli bazarlara çıxarılması üçün beynəlxalq informasiya-marketinq mərkəzləri şəbəkəsinin inkişafı üzrə İşçi qrupun iclası keçiriləcəkdir.

Oktyabrın 10-11-də MDB üzvü olan dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının yaradılması haqqında 13 noyabr 1992-ci il tarixli sazişə və Şura haqqında Əsasnaməyə düzəlişlər edilməsi barədə protokol layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.

Düzəlişlər edilməsi zərurəti Miqrasiya Orqanlarının Rəhbərləri Şurasının yaradılması ilə bağlıdır. Məsləhət Şurasının funksiyalarının bir qismi yeni şuraya həvalə ediləcəkdir.

Xatırladaq ki, Məsləhət Şurası əmək münasibətləri və sosial tərəfdaşlıq, əməyin mühafizəsi sahəsində razılaşdırılmış siyasət formalaşdırılmasına kömək, əmək miqrasiyası və məşğulluq, əhalinin sosial müdafiəsi və radiasiyanın təsirinə məruz qalmış vətəndaşların sağlamlığının qorunması məqsədi ilə yaradılmışdır.

sia.az

Digər xəbərlər