PDF Oxu

Siyasət

  • 13

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq Rusiya Federasiyası Prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmi vurğulanıb.Dövlət başçıları münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

sia.az

Digər xəbərlər