Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərini izləyəcəkdir.
Müstəqil Mətbuat Mərkəzindən bildirmişlər ki, missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin deputatları və TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları daxildir.
Müşahidəçilər missiyası seçki prosesini yaxından izləmək məqsədi ilə Bakının bir sıra məntəqələrində olacaqdır.
Oktyabrın 10-da TürkPA missiyası seçkilərin yekununa dair rəsmi hesabat təqdim edəcəkdir.
yap.org.az