PDF Oxu

Siyasət

  • 11

Məzahir Pənahov: "Seçkinin ilkin nəticələri saat 23.00-dək açıqlana bilər"

Məzahir Pənahov: "Seçkinin ilkin nəticələri saat 23.00-dək açıqlana bilər"

"Prezident seçkilərində seçici fəallığının yüksək olacağına inanıram". SİA-nın məlumatına görə, bunu səsvermənin açıq elan edilməsindən öncə keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.Onun sözlərinə görə, seçki məntəqələrindən səsvermənin nəticələri ilə bağlı məlumatlar daxil olduqca operativ şəkildə ictimaiyyətə açıqlanacaq: "Səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə – 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar ictimaiyyətə açıqlanacaq. Əgər seçki məntəqələrinin yarıdan çoxunda nəticələr bəlli olacaqsa, seçkinin ilkin nəticələrini saat 23.00-dək açıqlaya biləcəyik".MSK sədri mətbuat nümayəndələrinə müraiciət edərək bildirib ki, beynəlxalq müşahidəçilərin seçki ilə bağlı fikrilərini cəmiyyətə çatdırsınlar: "Biz Azərbaycan mediasının peşəkarlığına şübhə etmirik. İnanırıq ki, seçkilərin gedişi ilə bağlı dolğun və operativ informasiyaları ictimaiyyətə çatdıracaqlar.

sia.az

Digər xəbərlər