Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. SİA-nın məlumatına görə, səhər saat 08.00-dan səsverməyə start verilib. 22 saylı Nəsimi II Dairə Seçki Komissiyasının 13 saylı seçki məntəqəsində artıq səsvermə prosesi başlayıb. Adıçəkilən seçki məntəqəsinə 1395 seçki bülleteni göndərilib.Qeyd edək ki, Nəsimi II Dairə Seçki Komissiyasının 13 saylı seçki məntəqəsinə 4 xarici müşahidəçi (Flippini təmsil edən Amado Valdez, Domini Torrevillas, Kanadadan Sheila Copps, Türkiyədən Gözde Dizdar) nəzarət edir.
yap.org.az