PDF Oxu

Siyasət

  • 10

Gəncədə 30-a yaxın beynalxalq müşahidəçi seçkiləri izləyir

Gəncədə 30-a yaxın beynalxalq müşahidəçi seçkiləri izləyir

Gəncədə 4 Dairə Seçki Komissiyalarının 107 seçki məntəqəsində 30-a yaxın beynalxalq müşahidəçi seçkiləri izləyir. SİA-nın Qərb bürosunun xəbərinə görə, Gəncədə olan məntəqələrin 40-da veb-kameralar quraşdırılıb və səsvermə prosesi canlı olaraq internetdən yayımlanır. 31 məntəqədə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi pantuslar quraşdırılıb. Dairə seçki komissiyalarından verilən məlumata görə, şəhərdə 30 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla 1411 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyaları təmsil edir, 1064 nəfər isə öz təşəbbüsü ilə səsvermə prosesini izləyəcək. Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri MDB PA-nın xətti ilə Gəncədə seçkini müşahidə edir.

sia.az

Digər xəbərlər