Bu gün Azərbaycanda 9 oktyabr Prezident seçkiləri günüdür. SİA-nın məlumatına görə, seçkilərə ölkəmizin bütün yerlərində paytaxt Bakı da daxil olmaqla səhər saat 08:00-dan etibarən start verilib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası üzrə 11 saylı seçki məntəqəsində artıq seçicilərin fəallığı müşahidə olunur. 1466 seçicidən 800 nəfərin səs verməsi gözlənilir. Saat 10:00-a qədər artıq 250 nəfər səs verib. Məntəqədə yerli müşahidəçilərlə bərabər, xarici müşahidəçilər də seçki prosesini mütəmadi izləyirlər. Bütün seçicilərə hər cür şərait yaradılıb. Məntəqədə 1 ədəd veb-kamera quraşdırılıb.Onu da qeyd edək ki, ötən illərə nisbətən builki, seçkilərdə məntəqələrə quraşdırılan veb-kameraların sayı daha çoxdur.
sia.az