Prezident seçkiləri ilə bağlı təyin olunmuş seçki məntəqələrində işlər davam edir. SİA-nın məlumatına görə, 22 saylı Nəsimi II Dairə Seçki Komissiyasının 23 saylı seçki məntəqəsində də vətəndaşlar səsvermədə iştirak edirlər.23 saylı seçki məntəqəsinin sədri Rəna Naibova qeyd edib ki, Mərkəzi Seçki Komissiyasından 1416 bülleten alınıb: "Siyahı üzrə 1417 seçici qeydə alınıb. 2 saat yarım ərzində 150-dən çox vətəndaş səsvermə prosesində iştirak edib. Beynəlxalq müşahidəçilər də səsvermə prosesini izləyirlər. Onlar da prosesin qaneedici olduğunu bildirirlər.".Qeyd edək ki, Nəsimi II Dairə Seçki Komissiyasının 23 saylı seçki məntəqəsinə 4 xarici müşahidəçi (Flippini təmsil edən Amado Valdez, Domini Torrevillas, Kanadadan Sheila Copps, Türkiyədən Gözde Dizdar) nəzarət edib.
sia.az