PDF Oxu

Siyasət

  • 10

Milli Şura təxribata başlayıb

Milli Şura təxribata başlayıb

Şahvələd Çobanoğlu seçki məntəqəsində dava salıb

Milli Şuranın seçkilərdə təxribatlar edəcəyi barədə məlumatlar vermişdik. SİA-nın 9 saylı Binəqədi II seçki dairəsinin, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev - 5 ünvanda yerləşən 2 saylı seçki məntəqəsində olan müxbirinin verdiyi məlumata görə, Milli Şura təəssübkeşi, müxalifətin keçirdiyi qanunsuz aksiyalarda təxribatçı hərəkətləri ilə seçilən jurnalist Şahvələd Çobanoğlu guya başqasının adı olan bülletenin ona verildiyini və bunun saxtakarlıq olduğunu bildirib və məntəqədə hay-küy salıb. Ona bildirilib ki, hər şey qanunauyğundur, bülletendə göstərilən ad da onundur.Sonra Ş.Çobanoğlu müxalifətdən olan bir müşahidəçi ilə məntəqədən çölə çıxıb, qısa müzakirələrdən sonra içəri girib və səs verib.

sia.az

Digər xəbərlər