Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müalicə müəssisəsinin 24 saylı Nizami Dairə Seçki Komissiyasının 29 saylı məntəqəsində məhbuslar səs veriblər. SİA-nın məlumatına görə, səsvermə zamanı hər hansı qanun pozuntusu halına rast gəlinməyib. Ümumi səsvermədə 366 məhbus səs verəcək. Artıq onlardan 94-ü öz səsini verərək, namizədini seçib".
sia.az