Bu gün ölkəmizin hər yerində olduğu kimi Bakının Nərimanov rayonunda da səsvermə prosesi davam edir. SİA-nın məntəqələrdə olan əməkdaşının verdiyi məlumata görə, seçkilər beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir. 19 saylı Nərimanov rayon I seçki dairəsinin məntəqələrində müşahidə aparan 16 siyasi təşkilatın təmsil olunduğu Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatlarının konfransı sədri Qustavo Karvajal Moreno bildirib ki, seçki fəallığı cox yüksəkdir: "Barmaqlara mürəkkəb vurulması təcrübəsini alqışlayıram. Müşahidələrim zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişəm."
19 saylı Nərimanov Birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində "Rəy" Monitorinq Mərkəzi tərəfindən"exitpol" keçirilir. Məntəqədən məlumat verilib ki, siyahı üzrə 1443 seçici var. 10 nəfər seçici ilk dəfə səs verib. Ümumilikdə, 130-dən artıq seçici artıq səs verib. Onlardan 105 nəfəri "exitpol"da iştirak edib.
19 saylı Nərimanov rayon Birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində Rusiya səfirliyinin nümayəndəsi Sergey Vladimiroviç Volf olub.
20 saylı məntəqədə müşahidə aparan Milli Şuranın və AXCP-nin nümayəndələri Mikayıl Quliyev və bitərəf Həmzə Məmmədov: "Heç bir qanun pozuntusu müşahidə edilməyib, seçki tamamilə obyektiv keçirilir, heç bir təzyiq yoxdur.
19 saylı Nərimanov birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində Nərimanov rayonunun 104 yaşlı sakini Qaraş Qasımov səs verib. Q.Qasımov açıqlamasında bildirib ki, seçkilərdə həmişə iştirak edir. Bu gün də səsverməyə gələrək prezidentliyə layiq bildiyi namizədə səs verib.
sia.az