PDF Oxu

Siyasət

  • 11

Yasamal rayonu üzrə seçicilərin səsvermə prosesində heç bir problem qeydə alınmayıb

Yasamal rayonu üzrə seçicilərin səsvermə prosesində heç bir problem qeydə alınmayıb

"Seçkilər azad, demokratik şəkildə davam edir". Bunu SİA-ya Yasamal rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Elşən Mustafayev 15 saylı Yasamal I Dairə Seçki Komissiyası, 17 saylı Yasamal III Dairə Seçki Komissiyası və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası haqqında məlumat verərkən deyib.Onun sözlərinə görə, saat 10:00-a olan məlumatda 13.99 faiz seçici məntəqələrə gəlib: "Rayon üzrə bütün seçicilər burada aktiv iştirak edirlər. Ümumilikdə, Yasamal rayonu üzrə 133157 seçici var. Seçki prosesini həm xarici, həm yerli müşahidəçilər izləyir. Rayon üzrə ümumilikdə 32 veb-kamera quraşdırılıb. Onun ikisi Yeni Yasamal yaşayış massivində yerləşir. İndiyədək seçicilərin səsvermə prosesində heç bir narazıçılıq qeydə alınmayıb".

sia.az

Digər xəbərlər