19 saylı Nərimanov I Dairə Seçki Komissiyasının 26 saylı seçki məntəqəsində 350 nəfər səsvermədə iştirak edib. Bu barədə SİA məntəqə sədri Səmayə Eynullayeva məlumat verib. Seçicilərin digər illərlə müqayisədə daha aktiv olduğunu deyən məntəqə sədri qeyd edib ki, saat 12-30-a qədər seçki prosesində heç bir qayda pozuntusuna rast gəlinməyib: "Məntəqədə 9 nəfər qeydiyyatdan çıxarılıb, 1 nəfər qeydiyyatdan çıxarış vəsiqəsi ilə səsvermədə iştirak edib".
sia.az